"Dnepr" - "Qarabağ" oyunu Rusiya telekanalında

Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda bu gün keçiriləcək "Dnepr" - "Qarabağ" oyunu Azərbaycan və Ukrayna telekanalları ilə yanaşı, Rusiya TV-sində də canlı yayımla nümayiş etdiriləcək. Qol.az xəbər verir ki, "NTV Sport Soyuz" telekanalı Ağdam təmsilçisinin sözügən matçını yayımlamaq qərarı verib. Artıq bu matç telekanalın proqramına daxil edilib.

Qeyd edək ki, "Dnepr" - "Qarabağ" görüşü bu gün, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31