Məşhur futbolçu xəstəxanaya yerləşdirildi

"Çelsi"nin və İspaniya yığmasının futbolçusu Dieqo Kosta xəstəxanaya yerləşdirilib. Lent.az-ın məlumatına görə, buna Braziliya əsilli hücumçunun mədəsində ağrı hiss etməsi səbəb olub. Kostanın xəstəxanaya yerləşdirilməsini "Çelsi"nin baş məşqçisi Joze Mourinyo da təsdiqləyib. O, 26 yaşlı futbolçunun İngiltərə çempionatının növbəti turu çərçivəsində "Mançester Yunayted"lə oyunu buraxacağını bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31