Bakının "Formula-1" yolu (FOTO)

Azərbaycanda keçiriləcək yarış ilə bağlı layihənin təqdimatı olub

Azərbaycanda keçiriləcək "Formula-1" yarışı ilə bağlı layihənin təqdimat fotoları yayımlanıb.ANS PRESS-in məlumatına görə, fotoları Tilke GmbH memarlıq bürosu (tilke.de) yayımlayıb. 2016-cı ildə keçiriləcək Qran pri yarışında Bakının mərkəzi küçələri başqa ab-havaya bürünəcək.Bakı yolunun uzunluğu 6 km olacaq. Paytaxtımızda keçirilən yarışda avtomobillər 340 km/s yığa biləcəklər.Yolda 8 sağ, 12 sol döngə olacaq. Bu göstəricilərinə görə Bakı yolu "Formlua-1" yolları arasında xüsusi yer tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31