"Qalatasaray" darmadağın oldu

Çempionlar liqasında 3 klub böyük hesabla məğlub olub

Çempionlar Liqasında qrup mərhələsinin III turuna yekun vuruldu.ANS PRESS-in məlumatına görə, Azərbaycanlı futbol azarkeşlərinin diqqət göstərdiyi "Qalatasaray" dogma meydanda darmadağın oldu."Liverpul" isə qitə miqyaslı ən möhtəbər klub turnirinin son qalibi "Real"a 0:3 məğlub olub.2 oyundan sadəcə 1 xal qazanan "Qalatasaray" dogma azarkeşləri önündə qrup lideri Dortmund "Borussiya"sına 0:4 məğlub olub."Olimpiakos" "Yuventus" 1:0 "Anderlext" "Arsenal" 1:2, "Atletiko" "Malmö" 5:0, "Ludoqorets" "Bazel" 1:0. "Bayer" "Zenit" 2:0 və "Monako" "Benfika" 0:0 hesabı ilə başa çatıb.

Çempionlar Liqası
III tur
22 oktyabr (çərşənbə)
A qrupu
"Olimpiakos" - "Yuventus" - 1:0
Qol: Kasami, 36

"Atletiko" - "Malmö" - 5:0
Qollar: Koke, 48, Mandzukiç, 61, Qriezmann, 63, Çerci, 90+3

B qrupu
"Liverpul" - "Real" - 0:3
Qollar: Ronaldo, 23, Benzema, 30; 41

"Ludoqorets" - "Bazel" - 1:0
Qol: Minev, 90+2
C qrupu
"Bayer" - "Zenit" - 2:0
Qollar: Donati, 58, Papadopoulos, 63

"Monako" - "Benfika" - 0:0
D qrupu
"Anderlext" - "Arsenal" - 1:2
Qollar: Nayar, 71 - Gibbs, 89, Podolski, 90+1

"Qalatasaray" - "Borussiya" - 0:4
Qollar: Aubameyanq, 6; 18, Roys, 41, Ramos, 83

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31