Azərbaycan millisində ciddi itki
3 Oktyabr 2014 13:44 İdmanAVRO-2016-nın seçmə mərhələsində oktyabrın 10-da İtaliya, 13-də Xorvatiya ilə qarşılaşacaq millimiz ciddi itki ilə üzləşib. Lent.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, millinin və "Qəbələ" klubun yarımmüdafiəçisi Ruslan Abışov zədələnib. Onun adı qarşıdakı matçlara hazırlaşan yığmanın heyətindən çıxarılıb. Yarımmüdafiəçi millinin bu gün başlayan təlim-məşq toplanışında iştirak etməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31