"Qarabağ"ın Milan macərası

Bu gecə Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçirilib. qol.az bildirir ki, qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən yeganə təmsilçimiz "Qarabağ" da növbəti matçına çıxıb. Qurban Qurbanovun komandası səfərdə İtaliya nəhənglərindən olan "İnter"lə qarşılaşıb. Qrup mərhələsinin ilk turunda Bakıda "Sent Etyen"dən bir xal alan (0:0) Ağdam klubu Milan səfərindən də ən azı bir xalla qayıtmaq niyyətində idi. Lakin son Azərbaycan çempionu "İnter"ə 0:2 hesabı ilə uduzub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31