"İndiyə kimi Roy Kindən qorxuram" - Pike
2 Oktyabr 2014 20:05 İdman"Barselona" klubunun müdafiəçisi Jerar Pike sabiq komandası "Mançester Yunayted"in keçmiş kapitanı Roy Kin haqda danışıb. Qol.Az-ın məlumatına görə, "Barcastuff"a danışan ispaniyalı futbolçu indiyədək R.Kindən qorxduğunu bildirib: "Sabiq baş məşqçim Aleks ser Fergüssondan qorxmurdum. Ancaq Roy Kin başqa idi. Xatırlayıram, bir dəfə paltardəyişmə otağında oturmuşduq. Birdən telefonum titrəməyə başladı. O, bunu eşitdi və qəbəzli şəkildə telefonu axtarmağa başladı. Ötən mövsüm Çempionlar Liqasında "Seltik"lə oyundan öncə onunla qarşılaşdım. Əlimlə üzümü tutdum. Çünki indiyə qədər ondan qorxuram".
Qeyd edək ki, Pike 2004-2008-ci illərdə "Mançester Yunayted"in şərəfini qoruyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31