"Qarabağ"ın rəqibi: "Qrupdan çıxmağımız müzakirə belə oluna bilməz"
2 Oktyabr 2014 16:23 İdman"Qarabağ"ın evdə "Sent-Etyen" ilə heç-heçə oynaması bizə sərf etdi. Strateji baxımdan bu, bizim üçün yaxşı oldu. Amma qrupdan çıxmaq üçün komanda olaraq nəsə etməliyik. Qarşıda bizi hər şeyin baş verə biləcəyi 5 oyun gözləyir". Bu sözləri "Dnepr" klubunun nüdafiəçisi Artyom Fedetski deyib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyunçu Dnepropetrovsk təmsilçisinin qrupdan çıxmaq şanslarını da dəyərləndirib. "Dnepr" təcrübəli komandadır. Buna görə qrupdan çıxması müzakirə belə oluna bilməz. Şəxsən mən, 1/16 mərhələsindən də uzağa getmək istəyirəm. Çünki son iki ildə məhz bu mərhələdə mübarizəni dayandırmalı olmuşuq". Xatırladaq ki, "Dnepr" oktyabrın 3-ü, Bakı vaxtı ilə saat 00:05-də "Sent-Etyen"in qonağı olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31