Simeone: "Arda çox ağıllı futbolçudur"
2 Oktyabr 2014 14:08 İdman"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Yuventus" üzərində 1:0 hesablı qələbəni şərh edib.
Qol.az xəbər verir ki, o, rəqibin "Real" və "Barselona" səviyyəsində bir komanda olduğunu deyib: "Güclü rəqibi məğlub etdik. Hər iki komanda daha çox müdafiədə oynadı. Kiçik nüanslar yekun nəticəyə təsir etdi". Argentinalı mütəxəssis komandasının qələbə qolunu vuran Arda Turan haqda da danışıb: "Arda bizim üçün xüsusi futbolçudur. O, çox ağıllıdır. Arda taktikanı tez qavrayan oyunçudur. O, cinahda oynayan futbolçuların hücuma qoşulması üçün əla ötürmələr verir", - deyə D.Simeone bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31