"İnter"-"Qarabağ" matçını Rusiya telekanalı göstərəcək

Qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də başlayacaq

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"ın səfərdə "İnter"lə qarşılaşacağı oyun Azərbaycan və İtaliya telekanalları ilə yanaşı, Rusiya TV-sində də canlı yayımla nümayiş etdiriləcək. Qol.az  xəbər verir ki, "NTV plyus futbol 3" telekanalında Ağdam təmsilçisinin sözügedən matçı canlı yayımlanacaq. Artıq bu oyun telekanalın proqramına daxil edilib.

Qeyd edək ki, "İnter" - "Qarabağ" görüşü bu gecə, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31