Avropa Liqası: Qələbə gözləyirik, "Qarabağ"!

Bu gecə Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçiriləcək.Qol.az-ın məlumatına görə,  qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən yeganə təmsilçimiz "Qarabağ" da növbəti matçına çıxacaq.Qurban Qurbanovun komandası səfərdə İtaliya nəhənglərindən olan "İnter"lə  qarşılaşacaq. Qrup mərhələsinin ilk turunda Bakıda "Sent Etyen"dən bir xal alan (0:0) Ağdam klubu Milan səfərindən də ən azı bir xalla qayıtmaq istəyir."Cüzeppe Meattsa" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.

2 oktyabr

Avropa Liqası, qrup mərhələsini II turu

00:05. "İnter" (İtaliya) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Aleksey Kulbakov, Dmitri Juk, Andrey Getsikov, Oleq Maslyanka (Belarus)
Milan. "Cüzeppe Meatsa" stadionu

S Komandalar  O Q H M T-F Xal
1.İnter              1  1  0  0 1:0  3
2. Sent-Etyen   1  0  1  0  0:0 1
3. Qarabağ       1  0  1  0  0:0 1
4. Dnepr           1 0  0  1  0:1  0

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31