Çempionlar Liqası: Arda sevindirdi, "Topçular" "Aslan"a od qoydular
2 Oktyabr 2014 10:25 İdmanDünən Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına yekun vurulub.Qol.az-ın məlumatına görə, son oyun günündə daha 8 qarşılaşma keçirilib.A qrupunda Madridin "Atletiko" klubu öz meydanında "Yuventus"u qəbul edib. Meydan sahibləri Arda Turanın yeganə qolu ilə qalib gəliblər. Qrupun digər oyununda "Olimpiakos" "Malmö"nün qonağı olub və rəqibinə 0:2 hesabı ilə uduzub.B qrupunda ""Bazel" "Liverpul"u (1:0), Madrid "Real"ı isə "Ludoqorets"i (2:1) məğlub edib. C qrupunda "Zenit" doğma meydanda ""Monako" ilə qarşılaşıb. Görüş qolsuz sülhlə bitib. Qrupun digər matçında isə "Bayer" (Leverkuzen) "Benfika" ilə üz-üzə gəlib. Almanlar rəqiblərini 3:1 hesabı ilə məğlub ediblər.Azərbaycanlı azarkeşlərin də böyük maraqla gözlədiyi oyun D qrupunda keçirilib. Burada "Arsenal" "Qalatasaray"ı qəbul edib. Qarşılaşma London klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 4:1 . Qrupun digər matçında isə "Borussiya" (Dortmund) səfərdə "Anderlext" 3:0 hesabı ilə məğlub edib.
1 oktyabr
A qrupu
23:45. "Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya) - 1:0
Qol: Arda Turan, 72 (1:0)
23:45. "Malmö" (İsveç) - "Olimpiakos" (Yunanıstan) - 2:0
Qollar: Rosenberq, 42, 82.
B qrupu
23:45. "Bazel" (İsveçrə) - "Liverpul" (İngiltərə) - 1:0
Qol: Streller, 52 (1:0)
23:45. "Ludoqorets" (Bolqarıstan) - "Real" (Madrid, İspaniya) - 1:2
Qollar: Marselinyo, 6 (1:0), Ronalod, 24-pen. (1:1), Benzema, 77 (1:2)
C qrupu
21:00. "Zenit" (Rusiya) - "Monako" (Fransa) - 0:0
23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Benfika" (Portuqaliya) -
3:1
Qollar: Keblinq, 25 (1:0), Sonq Hunq, 34 (2:0), Salvio, 62 (2:1), Çalhanoğlu, 63 (3:1)
D qrupu
23:45. "Anderlext" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya) 0:3
Qollar: İmmobile, 24 (0:1), Ramos, 69 (0:2), 79 (0:3)
23:45. "Arsenal" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) - 4:1 Qollar: Uelbek, 22 (1:0), 30 (2:0), Sançez, 41 (3:0), Uelbek, 52 (4:0), Burak Yılmaz, 63 (4:1)
Qırmızı vərəqə: Şesni, 60 ("Arsenal)
30 sentyabr
E qrupu
21:00. CSKA (Moskva, Rusiya) - "Bavariya" (Almaniya) - 0:1
Qol: Tomas Müller, 22-pen (0:1)
23:45. "Mançester Siti" (İngiltərə) - "Roma" (İtaliya) - 1:1
Qollar: Aquera, 4 (1:0), Totti, 23 (1:1)
F qrupu
23:45. APOEL (Kipr) - "Ayaks" (Hollandiya) - 1:1
Qollar: Andersen, 28 (1:0), Manduka, 31 (1:1)
23:45. PSJ (Fransa) - "Barselona" (İspaniya) - 3:2
Qollar: David Luiz, 10 (1:0), Lionel Messi, 12 (1:1), Veratti, 27 (2:1), Matuidi, 54 (3:1), Neymar, 56 (3:2)
G qrupu
23:45. "Şalke" (Almaniya) - "Maribor" (Sloveniya) - 1:1
Qol:Bohar, 37 (0:1)
23:45. "Sportinq" (Portuqaliya) - "Çelsi" (İngiltərə) - 0:1
Qol: Matiç, 34 (0:1)
H qrupu
23:45. BATE (Belarus) - "Atletik" (Bilbao, İspaniya) - 2:1
Qol:Polyakov, 19 (1:0), Karnitiskaya, 41 (2:0), Aduriz, 45 (2:1)
23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Portu" (Portuqaliya) - 2:2
Qollar: Alex, 52 (1:0), Adriano, 86 (2:0) Martinez, 89 (2:1), 90+4, (2:2)