“Neftçi”də yeni qapıçı

"Neftçi" klubu heyətini  yeni qapıçı ilə gücləndirib. Bu barədə Qol.Az saytına klubun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. Ukraynanın "Dnepr" klubunun gənclərdən ibarət komandasının üzvü Maksim Vaylo  "Neftçi"nin uğurları üçün çalışacaq. O, üç həftə baxışdan keçdikdən sonra komandaya cəlb olunub.

Qeyd edək ki,  19 yaşlı qapıçı 21 yaşadək futbolçulardan iabrət milli komandamıza da dəvət olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31