"İnter" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq
1 Oktyabr 2014 19:05 İdmanAvropa Liqasının qrup mərhələsində sabah evdə "Qarabağ"ı qəbul edəcək "İnter" klubu bu oyuna ciddi itki ilə çıxacaq. Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Milan təmsilçisinin baş məşqçisi Valter Matsari 5 futbolçunun xidmətindən yararlana bilməyəcək. Bunlar Dodo, Mateo Kovaçiç, Nemanya Vidiç, Huqo Kampanyaro və Conatan Moreyrodur. Bu beş futbolçunun zədə səbəbindən "Qarabağ"la sabahkı görüşə çıxmayacaqları bildirilib.
Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31