Velosipedçimiz 111 idmançı arasında 10-cu oldu

Azərbaycanın şose velosipedi üzrə U-23 yığma komandası və "Synergy Baku" kontinental komandasının üzvü Tural İsgəndərov İtaliyada 23 yaşadək velosipedçilər arasında təşkil olunan birgünlük "Custoza" Qran-Prisində mübarizə aparıb. Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, kifayət qədər çətin marşrutu ilə diqqət çəkən yarış velosipedçimizin uğurlu çıxışı ilə yadda qalıb. 125 km-lik mübarizənin yekununda 111 velosipedçidən yalnız 18-i finiş xəttinə yetişə bilib ki, onların arasında həmvətənimiz də var - Tural yarış qalibindən 2 dəqiqə, 20 saniyə geri qalmaqla 10-cu nəticə göstərib və təşkilatçılar tərəfindən xüsusi mükafata layiq görülüb.
Qeyd edək ki, velosipedçimiz sentyabrın 21-28-də İspaniyada keçiriləcək dünya çempionatında da mübarizə aparacaq və bu yürüşlər ilin əsas yarışına hazırlıq xarakteri daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31