Ermənilərdən daha bir təxribat

Gələn ilin avqust ayında təşkil olunacaq Hamhaygagan Erməni Olimpiya Oyunlarının futbol və voleybol yarışları işğal altında  olan Dağlıq Qarabağda və Gümrüdə keçiriləcək. "OLAYLAR"-ın agos.com-a istinadən verdiyi xəbərə görə, Hamahaygagan Dünya Komitəsi belə bir qərara gəlib. Dünyanın fərqli ölkələrində yaşayan erməni gənclərinin olimpiya oyunlarına Türkiyə erməniləri də qatılacaq. Sonda olimpiya iştirakçılarının prezident Serj Sərkisyan tərəfindən qəbul edilməsi nəzərdə tutulub,
Qeyd edək ki, 4 ildən bir keçirilən Erməni Olimpiya Oyunlarının bütün yarışları bu vaxta qədər Yerevanda baş tutub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31