Ardanın klubu ŞOK-da: Mandzukiçin ayağı sındı
18 Sentyabr 2014 13:03 İdman"Atletiko Madrid" klubu böyük itki ilə üzləşib. Lent.az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda "Olimpiyakos"la qarşılaşmada komandanın xorvatiyalı hücumçusu Mario Mandzukicin ayağı sınıb. Oyunun sonuna qədər oynayan futbolçunun tibbi baxış zamanı ayağın qırıldığını, ən azı oktyabr ayının sonuna qədər komandasına kömək edə bilməyəcəyi məlum olub.
Qeyd edək ki, "Olimpiakos"- "Atletiko Madrid" komandaları arasında görüş 3-2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31