“Pirlo Azərbaycanla oyuna çağırılacaq” – Antonio Konte

İtaliya millisinin baş məşqçisi Antonio Konte "Yuventus"un yarımmüdafiəçisi Andre Pirlonun yenidən ölkənin əsas komandasına çağırılacağını təsdiqləyib. Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, hazırda zədəsini sağaltmaqla məşğul olan təcrübəli futbolçu "Avro-2016"nın Azərbaycanla seçmə oyununa qədər hazır olacaq. Konte Pirlonun həm Azərbaycan, həm də Norveç milli komandaları ilə rəsmi matçlara dəvət ediləcəyini bildirib. Xatırladaq ki, "Avro-2016"nın İtaliya - Azərbaycan oyunu oktyabrın 10-da Palermo şəhərində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31