"Atletiko"nun hücumçusunun burnu qırıldı

Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Olimpiakos"a 2:3 hesabıyla uduzan "Atletiko" (Madrid) klubu ciddi itki ilə üzləşib. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın hücumçusu Mario Mandzukiç burnundan zədələnib. Xorvatiyalı futbolçunun burnunda qırıq olduğu aşkarlanıb. Əməliyyat olunan Mandzukiçin ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Qeyd edək ki, Xorvatiya millisinin üzvünün müalicədən sonra oyunlara xüsusi maska ilə çıxacağı iddia olunur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31