"Qrupumuzda güclü rəqabət var" - Qvardiola
18 Sentyabr 2014 12:59 İdman"Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsində "Mançester Siti"yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra açıqlama verib. Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis komandasının oyunundan razı qaldığını deyib: "Güclü rəqibə qarşı bir neçə dəfə qol epizodları yaratdıq. Görüşün ilk dəqiqələrində topa sahip olmaqda çətinlik çəkdik. "Mançester Siti" mükəmməl oynadı". Qvardiola bildirib ki, qrupdan kimin çıxacağını son matça qədər bilmək olmaz: "Bu oyundan əvvəl futbolçularıma qrupdan çıxacağımıza əmin olmadığımı söylədim. Son oyunumuz ÇSKA ilə olacaq. Bu qrupda güclü rəqabət var. "Mançester Siti"yə qalib gələrək şanslarımızı artırdıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31