"Mourinyo ilə 10 illik müqavilə yeniləmək istəyirik"
17 Sentyabr 2014 20:50 İdman"Çelsi" klubu baş məşqçisi Joze Mourinyo ilə 10 illik müqavilə yeniləməyi planlaşdırır. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə klubun direktoru Ron Qourley açıqlamasında deyib. Portuqaliyalı mütəxəssisin işindən razı qaldıqlarını söyləyən klub rəsmisi Mourinyo ilə 10 illik müqavilə yeniləmək istədiklərini bildirib: "Mourinyo ilə 10 illik müqavilə imzalamaq istəyirik. Çünki o, bizi və komandanı yaxşı tanıyır. Onunla çalışmaq çox gözəldir. Bəzən elə açıqlamalar verər ki, təzyiq həm futbolçuların, həm də rəhbərliyin üzərindən götürülər".
Qeyd edək ki, "Çelsi" klubu Premyer Liqanın geridə qalan 4 turundan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31