“Qələbə qazanmağımız üçün hər şey edəcəm” – Reynaldo Silva
17 Sentyabr 2014 20:45 İdman"Baş məşqçimizin dediyi kimi, bizim Avropa təcrübəmiz var. Ancaq qrup mərhələsi başqa bir təcrübədir". Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun hücumçusu Reynaldo Silva Avropa Liqasının qrup mərhələsində sabah "Sent Etyen"lə qarşılaşacaqları oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib. Braziliyalı futbolçu tanınmış futbol veteranı İsgəndər Cavadovun onun Avroliqada özünü göstərə bilməyəcəyi haqda fikirlərinə münasibət bildirib: "Futbolçularımızın hər biri üçün ciddi və məsuliyyətli oyun olacaq.Kiminsə fikrini təhlil etmək istəmirəm. Rəqibimizi yaxşı öyrənmişik. Sərfəli nəticə qazanacağımıza inanırıq. Sabah əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Mən də komanda yoldaşlarım kimi qələbə üçün hər şey edəcəm".