İspaniyanın "Real" (Madrid) klubu Çempionlar Liqasında 1000-ci qolunu vurub. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisinin yubiley qolunun müəllifi Kərim Benzema olub. Fransız hücumçu Çempionlar Liqasının qrup mərhələsində "Bazel"lə matçın 80-ci dəqiqəsində fərqlənib.
Qeyd edək ki, "Real" - "Bazel" görüşü 5:1 hesabı ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31