"Özümü dünyanın ən yaxşı baş məşqçisi kimi hiss edirəm"

"Borussiya"nın baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsində "Arsenal"la oyundan sonra açıqlama verib. Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşma haqda bunları deyib: "Qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi etdik. Matçdan zövq aldım. Bu cür oyundan sonra özümü dünyanın ən yaxşı baş məşqçisi kimi hiss edirəm. Qalib gəldiyimiz üçün çox sevinirəm. Belə oynamağa davam edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31