"Onun başı bəzən lazımi səviyyədə işləmir"
7 Mart 2016 18:37 İdmanİtaliya A Seriyasının 28-ci turunda "Palermo"nu qəbul edən "İnter" 3:1 hesablı qələbəyə sevinib. Goal.az xəbər verir ki, matçdan sonra "nerazzurri"nin baş məşqçisi Roberto Mançini matçdan sonra nəticə və Adem Lyayiç barədə fikirlərini bildirib.
"Biz quru hesabla qələbəni haqq edirdik. Amma axmaq səhvə yol verib rəqibin oyuna qayıtmasına imkan yaratdıq. Bu baxımdan oyunu yaxşılaşdırmaq lazımdır. Ümid edirəm ki, eyni tempdə davam edəcəyik. Lyayiç, həqiqətən, xoşuma gəlir, özü də bilir. Bəzən Adem lazımi məşq etmir. Onun əla ayaqları var. Amma beyni hər zaman istənilən kimi işləmir. Lyayiç səviyyəsində futbolçu matçın taleyini həll etməlidir. Bu tipdə oyunçular çox deyil. Mövsümə böyük ümidlərlə başlamışdıq. Bilirdik ki, turnir cədvəlinin zirvəsində qalmaq üçün zəruri resurslarımız azdır. Bizim hədəfimiz həmişə 3-cü pillə olub. İndi də buna nail olmaq üçün mübarizəni davam etdiririk".