"Ronaldu - Messi" mübahisəsi cinayətə səbəb oldu
7 Mart 2016 18:33 İdmanHindistanda iki dost arasında düşən mübahisə ölümlə nəticələnib. Sport7.az bildirir ki, Ronaldu fanatı olan Obinna adlı şəxs Messiyə rəğbət bəsləyən dostu Nuabu ilə mübahisə edib. Tərəflər hansı futbolçunun daha üstün olduğuna aydınlıq gətirmək istəyiblər.
Qızışan mübahisə əsnasında Ronaldunun azarkeşi dostuna şüşə qab atıb. Messi azarkeşi isə yerdəki şüşə qırıntıları ilə qarşısındakını öldürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31