Futbolçu oyun vaxtı "Playstation" oynayıb
7 Mart 2016 18:30 İdman"Leyçester Siti"nin hücumçusu Ceymi Vardi Premyer Liqada çempionluq mübarizəsi barədə fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, ingilis forvard maraqlı açıqlaması ilə yadda qalıb. "Çoxlarından eşitdim ki, bu tur rəqiblərimizin nəticələri bizim üçün əlverişli olub. Amma həmin oyunlara baxmırdım, Playstation-da "Call of Duty" oynayırdım. Mövsümün əvvəlində "Leyçester"ə heç kim inanmırdı. Hər kəs deyirdi ki, bizim məqsədimiz yüksək dəstədə qalmaqdır. Komanda bu vəzifəni yerinə yetirənə qədər üzərində təzyiq hiss edirdi. İndisə oyundan həzz alırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31