Bakıda futbolçu ilə azarkeşlər arasında İNSİDENT
2 Fevral 2015 07:48 İdmanPremyer Liqamızın 19-cu turunda bu gün keçirilən "Bakı" - "Qəbələ" matçından (0:2) sonra xoşagəlməz hadisə baş verib. Lent.az-ın qol.az-a istinadən məlumatına görə, qonaqların futbolçusu Cavid Hüseynovla "Bakı" azarkeşləri arasında mübahisə yaranıb.Oyun zamanı "Bakı" azarkeşlərinin millimizin üzvünü təhqir etməsi qalmaqala səbəb olub. Polisin müdaxiləsindən sonra ara sakitləşib.Qeyd edək ki, Cavid Hüseynov "Qəbələ"yə "Bakı"dan transfer olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31