Əmrənin ahı yerdə qalmadı

İngiltərənin "Çelsi" futbol klubunun forvardı Dieqo Kosta üç oyunluq diskvalifikasiya edilib. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb onun "Liverpul" ilə matçda rəqib oyunçu Əmrə Cana qarşı ayağı ilə kobudluq etməsidir. Bununla da D.Kosta sabah çempionatda "Mançester Siti"yə qarşı oyunda forma geyinə bilməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31