Tenisçilərimiz NN Table Tennis Club Ittf – Europe top-16 cup “ yarışlarına qatılacaq
30 Yanvar 2015 12:46 İdmanYanvar ayının 30-dan etibarən " Şüa" İdman- Sağlamlıq Kompleksində Azərbaycanın stolüstü tennis üzrə yığma komandasının üzvləri, baş məşqçi L. Kuxarski və məşqçi A. Zudovun rəhbərliyi ilə təlim- məşq toplanışında iştirak edəcəklər. "OLAYLAR"-ın xəbərinə görə, ümumilikdə tədbirə 3 kişi və 5 qadın idmançısı qatılacaq. Fevral ayının 4- dək davam edəcək toplanışda tennisçilərimiz texniki, fiziki və ümumi fiziki hazırlıq səviyyələrini artıracaqlar. Tədbirin keçirilməsi 6-8 fevral tarixlərdə təşkil olunacaq "2015 NN Table Tennis Club Ittf - Europe top-16 cup " yarışlarına hazırlıq xarakteri daşıyır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31