"İnter"də yeni futbolçu
30 Yanvar 2015 12:36 İdman"İnter" klubunun rəhbərliyi yeni futbolçu ilə müqavilə imzalayıb. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, Tural Hümbətov növbəti 6 ay ərzində "İnter"in heyətində çıxış edəcək. Onun son klubu "Araz-Naxçıvan" olub. Qeyd edək ki, "İnter" qış fasiləsində daha iki futbolçu - Əfran İsmayılov və Ruben Şakenlə müqavilə imzalayıb. Artıq hər üç futbolçu üçün sifariş ərizəsi Peşəkar Futbol Liqasına təqdim olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31