Gənclərin III Respublika Yaradıcılıq Festivalı keçiriləcək

Fevralın 2-də  "Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə III Respublika Yaradıcılıq Festivalı keçiriləcək. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, 300 nəfərə yaxın gənci birləşdirən festival gənclərimizə məharətlərini nümayiş etdirmək, arzularını gerçəkləşdirmək və ümidlərini doğrultmaq imkanını verəcək. Festival zamanı gənclərin rəsm əsərləri və əl işlərinin sərgisi, mahnı və rəqs ifaları, milli geyimlərin nümayişi (defile) keçiriləcək. Tədbirdə tanınmış gənc estrada müğənniləri və artistlər də  iştirak edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31