Baş məşqçi Ronaldinyonun paxırını açdı
30 Yanvar 2015 11:29 İdmanBraziliya millisinin eks üzvü Ronaldinyonun forma geydiyi "Keretaro" klubunun baş məşqçisi futbolçuyla bağlı ilginc məqama toxunub. Lent.az-ın sports.ru-ya saytına istinadən verdiyi məlumata görə, Meksika klubunun çalışdırıcısı Roberto Bassaqaistequy bildirib ki, ulduz futbolçu qaçmağı sevmədiyinə görə komandadan ayrı məşq edir: "Mən onu qaçmağa məcbur edə bilmərəm, çünki onun bundan xoşu gəlmir. Ronaldinyo mənimlə birgə idman zalında məşq edir. Bəzi elementlər var ki, üzərində çalışır, amma məşq prosesində xoşuna gəlmədiyi məqamlar da var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31