Çökən "Milan" "Roma"nın hücumçusunu aldı

"Roma"nın 23 yaşlı hücumçusu Mattio Destro karyerasını "Milan"da davam etdirəcək. Lent.az-ın məlumatına görə, bu barədə "Milan"ın rəsmi saytında məlumat yayılıb. Futbolçu 6 ay müddətində icarə əsasında yeni klubunda forma geyəcək. Müqavilənin maliyyə şərtləri barədə məlumat verilmir. Xatırladaq ki, Destro A Seriyasında bu mövsüm 16 oyuna 5 qol vurub.

Qeyd edək ki, İtaliyanın ən titullu klublarından olan "Milan" ciddi maliyyə problemləri ilə qarşılaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31