"Bavariya"da ciddi itkilər
29 Yanvar 2015 19:45 İdmanAlmaniya Bundesliqasının 18-ci turunda "Volfsburq"la qarşılaşacaq "Bavariya" klubu bu oyuna ciddi itkilərlə çıxacaq. Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, komandanın aparıcı futbolçuları Frank Riberi və Rafinya son məşqdə zədələnərək sıradan çıxıb. Riberinin əzələsini dartdığı, Rafinyanın isə diz bağlarında qopma aşkarlanıb. Hər iki futbolçunun "Volfsburq"la oyunları buraxacağı dəqiqləşib.
Qeyd edək ki, Bundesliqanın 18-ci turunun açılış oyunu olacaq "Volfsburq" - "Bavariya" matçı sabah keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31