İngiltərə-Azərbaycan qarşılaşmasının vaxtı bəlli oldu

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda Azərbaycan yığmasının keçirəcəyi oyunların vaxtı və stadionlar müəyyənləşib. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, oyunların başlama vaxtı aşağıdakı kimidir.

26 mart, saat 22:30.

Saint-Lo (Fransa). "Louis Villemer" stadionu
Fransa - Azərbaycan

28 mart, saat 21:30.
Bayeux (Fransa). "Henry Jeanne" stadionu
İngiltərə - Azərbaycan 

31 mart, saat 22:00
Flers (Fransa). "Stade de Haze" stadionu
Azərbaycan - Danimarka

Qeyd edək ki, oyunların saatı Bakı vaxtı ilə göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31