Güləşçilərimiz Qran Pri turnirinə qatılacaq
29 Yanvar 2015 15:47 İdman31 yanvar - 1 fevral 2015-ci il tarixdə Fransanın paytaxtı Paris şəhərində güləş üzrə Qran Pri 2-ci beynəlxalq turniri keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, yarışda hər üç güləş növü üzrə yığma komandalarımız ölkəmizi təmsil edəcək. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında sərbəst güləş yığmamızın 10 üzvü Parisə yollanıb. Heyətdə Yaşar Əliyev, Mircəlal Həsənzadə (hər ikisi 57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Toğrul Əsgərov, Ruslan Dibirhacıyev (hər ikisi 70 kq), Cəbrayıl Həsənov (74 kq), Həmzət Osmanov (86 kq), Şərif Şərifo (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb. Qadın güləşçilərimiz turnirdə baş məşqçi Semyon Çterev və məşqçi Konstantin Konorevin rəhbərliyi altında mübarizə aparacaq. Yunan-Roma güləşçilərimiz isə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında turnirə qatılacaq. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov təmsil edəcək.