Droqbanın yerliləri 1/4 finalda, Qvineya və Mali püşkü gözləyir

Afrika Millətlər Kubokunda qrup mərhələsinə yekun vurulub. Apasport.az xəbər verir ki, D qrupunda oyunlar başa çatmasa da, növbəti mərhələyə çıxan bir komanda bəlli olub. Kot-d`İvuar millisi Kamerun yığması ilə üz-üzə gəliblər. Birincilər 1:0 hesabı ilə qalib gələrək, adlarını 1/4 finala yazdırıblar. Digər cütdə isə Mali ilə Qvineya komandaları münasibətlərinə aydınlıq gətiriblər. Bu görüşdə isə qalib müəyyənləşməyib - 1:1. Beləliklə, həm xalları, həm də top fərqi bərabər olan bu millilərdən növbəti mərhələyə kimin vəsiqə qazanacağına bu gün atılacaq püşklə aydınlıq gələcək.

Qeyd edək ki, digər 1/4 finalçılar Konqo, Ekvator Qvineyası, Tunis, Konqo Demokratik Respublikası, Qana və Əlcəzairdir.

Afrika Millətlər Kuboku
III tur
28 yanvar

D qrupu
Kamerun - Kot-d`İvuar - 0:1
Qol: Qradel, 36

Qvineya - Mali - 1:1
Qollar: Konstant, 15-p - Maiqa, 47

1.
Kot-d`İvuar
3
1
2
0
3:2
5
2.
Qvineya
3
0
3
0
3:3
3
3.
Mali
3
0
3
0
3:3
3
4.
Kamerun
3
0
2
1
2:3
2
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31