“Simurq” Murad Səttarlı ilə yollarını ayırdı
27 Yanvar 2015 17:30 İdman"Simurq" FK gənc futbolçusu Murad Səttarlı ilə yollarını ayırıb. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. 2012/13-cü il mövsümündə icarə əsasında komandamızda forma geyinən Murad, ötən ilin əvvəlində "Qarabağ"dan transfer olunmuşdu. Ümumilikdə, gənc futbolçu karyerası ərzində Premyer Liqada 48 matçda Zaqatala təmsilçisinin şərəfini qoruyub və iki qola imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31