Valdes "Mançester Yunayted"in əvəzedici heyətində
27 Yanvar 2015 16:18 İdman"Barselona"nın sabiq qapıçısı Viktor Valdes yeni klubu "Mançester Yunayted"də debüt edib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, təcrübəli qolkiper "MY"nın əvəzedici heyətində "Liverpul"a qarşı matçda oynayıb. O, ilk oyununda qapısından bir qol buraxıb. Matçdan sonra V.Valdes özünün "İnstaqram" hesabından yazıb: "Debüt oyunumda "Liverpul"a qalib gəlmək böyük şərəfdir".
Qeyd edək ki, "Mançester Yunayted" - "Liverpul" oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, V.Valdes bu ay "MY" ilə müqavilə imzalayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31