Afrika kubokunun qalibi xərçəngdən öldü

Nigeriya millisinin və "Rayo Valyekano"nun sabiq qapıçısı Vilfred Aqbonavbare dünyasını dəyişib. Qol.Az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, xərçəng xəstəliyindən əziyyət çəkən keçmiş qolkiper 48 yaşında vəfat edib.

Qeyd edək ki, V.Aqbonavbare futbola ölkəsinin "Ne Nigeria Bank" klubunda başlayıb, daha sonra İngiltərənin "Brentdord" klubuna transfer olunub. O, 1990-1996-cı illərdə "Rayo Valyekano"da oynayıb. V.Aqbinavbare Nigariya millisi ilə 1994-cü ildə Afrika kubokunu qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31