“Qarabağ”ın növbəti sınağı: Rəqib Polşa çempionudur

Ağdamın "Qarabağ" FK  Antalyada təlim-məşq toplanışını davam etdirir. Hazırlığın növbəti günündə komanda növbəti görüş üçün son məşqinə çıxıb. 90 dəqiqə davam edən məşq futbol oynamaqla həyata keçirilib. Klub bu gün növbəti  yoxlama oyununa çıxacaq. Rəqib Polşa təmsilçisi "Legiya"dır. Oyun Bakı vaxtıyla 16:00-da start götürəcək və komandanın rəsmi "Youtube" kanalında canlı yayımlanacaq. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31