"Milan"ın baş məşqçi axtarışı

"Milan" Filippo İnzaqi ilə yolların ayrıla biləcəyi ehtimalını nəzərə alaraq yeni baş məşqçi axtarışını davam etdirir. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, 41 yaşlı mütəxəssis yaxın vaxtlarda istefaya göndərilərsə, mövsümün sonunadək komandanı ikinci baş məşqçi Mauri Tassotti çalışdıracaq. "Milan"ın yayda "Fiorentina"nın baş məşqçisi Vinçentso Montella və ya İtaliya millisinin çalışdırıcısı Antonio Konteni dəvət edəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31