Zeynəb Məmmədyarova Azərbaycan çempionu oldu

Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı başa çatıb. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə,  yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilib. Beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova 9 oyundan 7 xal toplayaraq Azərbaycan çempionu olub. Yarışın 8-ci turunda Türkan Həsənovaya məğlub olan Nərmin Kazımova sonuncu turda da Səbinə İbrahimova ilə heç-heçə oynayaraq çempionluq şansını itirib. Nərmin Kazımova, Nərmin Məmmədova və Türkan Həsənova 6 xal toplayaraq 2 və 4-cü yerləri bölüşdürüblər. N.Kazımova əlavə göstəricilərə görə ikinci, N.Məmmədova isə üçüncü olub. Çempionatın əsasnaməsinə görə 1-3-cü yerləri tutan şahmatçılar Gəclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunub. İlk üç yerin qalibləri, həmçinin 2015-ci il şəxsi Avropa çempionatına vəsiqə qazanıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31