AFFA hesabat verəcək

Martın 6-da AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qurumun nizamnaməsinə uyğun olaraq, konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31