“Qəbələ” – “Haladaş” (Macarıstan) – 2:0
26 Yanvar 2015 12:22 İdmanAntalyada hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün toplanış çərçivəsində 6-cı yoxlama oyununu keçirib. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandamız Macarıstanın yüksək liqasında çıxış edən "Haladaş" klubu ilə qarşılaşıb. Oyun 2:0 hesabı ilə komandamızın xeyrinə yekunlaşıb. 27-ci dəqiqədə Viktor Mendi, 75-ci dəqiqədə isə Emin Zamanov fərqlənib. Qeyd edək ki, bu il Antalyada PSV-nin (Hollandiya) ikinci komandası ilə qolsuz heç-heçə edib, Türkiyə "Əskişəhərspor"una 1:3, Rusiya "Kuban"ına 0:2 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri "Vorskla"nı (Ukrayna) 2:1, "Adanaspor"u (Türkiyə) 3:2 hesabı ilə məğlub edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31