17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində təşkil olunmuş təlim-məşq toplanışında son yoldaşlıq oyununu Özbəkistanın U-20 komandasına qarşı keçirib. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma özbəkistanlı futbolçuların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın qolunu Qara Qarayev vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31