"Neftçi" "Dinamo"ya uduzdu
23 Yanvar 2015 18:55 İdmanAntalya hazırlığını davam etdirən "Neftçi" klubunun əvəzedici komandası bu gün üçüncü yoxlama oyununu keçirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "ağ-qaralar" Moskva "Dinamo"sunun əvəzedici komandası ilə qarşılaşıb. Görüş "Neftçi"nin 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. "Neftçi"nin qoluna Mirabdulla Abbasov imza atıb.
Qeyd edək ki, "Neftçi" bundan əvvəl Braziliyanın "Sao Karlos" klubuna 1:3 və "Rubin-2"yə (Rusiya) isə 1:4 hesabı ilə uduzub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31