"İnter" son matçında qələbə qazandı
23 Yanvar 2015 18:50 İdmanAntalyada təlim-məşq toplanışında olan Bakı "İnter"i bu gün son yoxlama matçına çıxıb. Qol.Az-ın məlumatına görə, Kaxaber Sxadadzenin komandası bu dəfə Cənubi Koreyanın "Jeju Yunayted" klubu ilə qarşılaşıb. Bolqollu keçən görüş "İnter"in qələbəsi ilə başa çatıb - 4:3. "İnter" sabah Antalyadakı təlim-məşq toplanışını başa vuraraq vətənə dönəcək.
Qeyd edək ki, "İnter" daha öncə Türkiyənin "İnegölspor" klubuna 4:1, Qazaxıstan "Kayrat"ına 3:1 hesabı ilə qalib gəlib. Almaniyanın "Energi" klubu və Ukrayna təmsilçisi "Metallist"lə oyunlarda 1:1 hesablı bərabərlik qeydə alınıb.
23 yanvar
Yoxlama oyunu
17:00. "İnter" (Azərbaycan) - "Jeju Yunayted" (Cənubi Koreya) - 4:3
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31