İbrahimoviçin agenti FIFA prezidenti olmaq istəyir
23 Yanvar 2015 18:45 İdmanTanınmış futbol agenti Mino Rayola FIFA prezidentliyinə namizədliyini vermək niyyətindədir. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Zlatan İbrahimoviç, Mario Balotelli kimi futbolçuların agenti olan M.Rayola seçkilərdə qalib gələrək FIFA-nın hazırkı prezidenti Yozef Blatterin "diktatura"sına son qoymağı planlaşdırır. Seçkilərdə FIFA-nın keçmiş baş katibi Jerom Şampan, qurumun vitse-prezidenti və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn və Fransanın sabiq futbolçusu David Jinola da iştirak etmək niyyətindədirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31